EN    AZ     RU     |             
   

Şirkət haqqında
Müştərilər
Tərəfdaşlar
Layihələr
Xidmətlər
Press-mərkəz
Karyera
Əlaqə
Prezentasiya
Broşuralar



Layihələr
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu üçün “Fərdi Uçot Sisteminin” yaradılması və tətbiq edilməsi

Tərəfdaşlar 

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu üçün “Fərdi Uçot Sisteminin” yaradılması və tətbiq edilməsi



Azərbaycan Respublikasının DövlətSosial Müdafiə Fondunun tələbatı üçün işlənib hazırlanır. Fərdi uçot sisteminın yaradılması Azərbaycanda sosial sığorta sistemində islahatlarla əlaqədardır. İslahatlar aşağıdakı məqsədləri güdür:

•- məşğul əhalinin qeydiyyatının keçirilməsi;

•- bütün kateqoriyalar üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatının keçirilməsi;

•- iş stajının, güzəştlərin, müxtəlif ödəmələrin uçotu və nəzarəti;

•- hər bir sığortalanmış şəxsin iş fəaliyyətinə uyğun olaraq pensiyasının hesablanması;

•- sığortalanmış hər bir şəxsin tələbi ilə məlumatın təqdimatı.

Sosial sığorta islahatları ilə əlaqədar qarşıda duran vəzifələr verilənlər bazası üzrə xüsusi tələblər irəli sürür. Belə ki, verilənlər bazasında qeydiyyatdan keçmiş hər bir şəxs haqqında identifikasiya məlumatları saxlanmalıdır. Verilənlər bazasında, həmçinin, sığortalanmış şəxslərin aylıq sosial sığorta ödəmələri üzrə məlumatlar da yerləşdirilir. Məhz buna görə sistemdə ORACLE bazasında mürəkkəb arxivləşdirmə sisteminin yaradılması nəzərdə tutulmuşdu. SİNAM tərəfindən həyata keçirilən fəaliyyətlər sosial sığorta sistemində İKT-nin optimal tətbiqi üçün imkan yaratdı. Daxil olan məlumatların effektiv işlənməsi üçün sistem daxilində üç səviyyə yaradılmışdır: rayon, region və mərkəz. Verilənlər bazası regional və mərkəzi səviyyələrdə yaradılır. Verilənlər bazasının mənbəyi standart formaların kağız variantının elektron surəti əsasında yaradılmış XML-fayllardır. Bu XML-fayllar əsasında regional səviyyədə və bir neçə administrativ rayonu əhatə edən verilənlər bazası yaradılır. Yoxlamadan keçmiş və düzgünlüyündə şübhə doğurmayan XML-fayllar mərkəzi səviyyəyə ötürülür və daha biryoxlama prosedurundan sonra Mərkəzi verilənlər bazasınadaxiledilir. Rayon səviyyəsində verilənlər bazası həmin rayon çərçivəsində olan XML-fayllardan yaradılır. Rayon və mərkəz səviyyələri arasında məlumat mübadiləsi mümkün olan formatda həyata keçirilir. Bu ya onlayn, ya dial-up rejimində ya da elektron daşıyıcı vasitəsilə ola bilər. Bütün səviyyələrdə məlumatın sinxronlaşdırılması Dövlət Sosial Müdafiə Fondunun müəyyən etdiyi qaydalara uyğun olaraq məlumatların sinxronlaşdırılmış paketlərinin vasitəsilə mümkün olacaqdır.




    geri





© 2010 SINAM şirkəti
Bütün hüquqlar qorunur
Azərbaycan, Bakı, AZ1141, F,Ağayev küç.
Telefon: +99412 5101100(8 lines)
Faks: +99412 4392633