Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsinin tələbələri üçün nəzərdə tutulan, informasiya cəmiyyətinin məqsəd və vəzifələri, elmi-nəzəri əsasları və müxtəlif istiqamətlərinin tədrisi məqsədi daşıyan "İnformasiya cəmiyyətinin əsasları" kursuna start verilib.
İnformasiya Texnologiyaları İnstitutunun saytında yerləşən məlumata əsasən, kurs çərçivəsində tələbələrə Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və inkişafı prosesləri, hüquqi, iqtisadi, sosial-mədəni aspektləri, internetin meydana gəlməsi və inkişafı, internetin tənzimlənməsi problemləri, elektron imza və elektron sənəd, biometrik məlumatlar, Azərbaycan dili və virtual məkan, e-vətəndaş problemləri və onların həlli yolları, informasiya iqtisadiyyatı, informasiya asılılığı və onunla mübarizə yolları, informasiya mədəniyyəti və təhlükəsizliyi, informasiya müharibəsi, ekologiyası və hüququ, informasiya cəmiyyəti və intellektual mülkiyyət, informasiya cəmiyyəti və jurnalistika, Wikipedia ensiklopediyası və onun imkanları və s. mövzularda mühazirələr oxunacaq.
geri