EN    AZ     RU     |             
   

Şirkət haqqında
Müştərilər
Tərəfdaşlar
Layihələr
Xidmətlər
Press-mərkəz
Karyera
Əlaqə
Prezentasiya
Broşuralar



Layihələr
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu üçün “Fərdi Uçot Sisteminin” yaradılması və tətbiq edilməsi

Tərəfdaşlar 

Azərbaycanda Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi yaradılmışdır



Azərbaycanın Mərkəzi Bankı regionda ilk olan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) layihəsinin təqdimatı keçirdi.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev öz təqdimatında qeyd etdi ki, KÖMİS layihəsi ölkəmiz üçün ümümmili əhəmiyyət daşıyır və region ölkələri arasında ilk dəfə məhz Azərbaycanda həyata keçirilir.

"Layihə beynəlxalq maliyyə institutlarının texniki yardımılə yaradılmışdır. Nəticədə CheckFree i-Series informasiya sistemi bazasında yerli tələblərə tam cavab verən bir sistem yaradılmışdır. Hazırda sözügedən sistem abonentlərə istənilən ödəniş xidməti nöqtələrində (banklar, "Azərpoçt" MMC-nin filialları, bankomatlar) kommunal xidməti borclarını istənilən ödəniş mexanizmlər (nağd yolla, plastik kartlar, bank köçürmələri, "İnternet Banking") vasitəsilə ödəməyə imkanı verir", deyə A. Quliyev qeyd etdi.

Hazırda kommunal xidməti sektorunda fəaliyyət göstərən ən böyük təşkilatlar - Bakielektrikshebeke, Azeriqaz, Azersu, Azerenerji, Sumqaitelektrikshebeke, Miili Kart və Azericard sistemə inteqrasiya olunmuşlar.

"Hal-hazırda toplam olaraq 3 mln.-a yaxın abonent haqqında məlumat sistemə yüklənmişdir. Sistemə 32 bank və Azərpoçt MMC-nin 500-ə yaxın ödəniş məntəqələri qoşulmuşlar", A. Quliyev qeyd edir.

Bankın məqsədi ölkə üzrə bütün abunəçilərin və kommunal ödənişlər aparan operatorların sistemə qoşulmasından ibarətdir.

Mərkəzi Bank KOMİS sisteminin sahibi və operatorudur.

Qeyd etmək lazımdır ki, layihə Azərbaycanın SİNAM və İsveçin CMA Small Systems şirkətlərinin birgə əməyi nəticəsində reallaşdırılmışdır. A. Quliyev layihənin müvəffəqiyyətlə həyata keçirilməsində SİNAM şirkətinin töfhəsini xüsusən qeyd etmişdir.





    geri





© 2010 SINAM şirkəti
Bütün hüquqlar qorunur
Azərbaycan, Bakı, AZ1141, F,Ağayev küç.
Telefon: +99412 5101100(8 lines)
Faks: +99412 4392633