EN    AZ     RU     |             
   

Şirkət haqqında
Müştərilər
Tərəfdaşlar
Layihələr
Xidmətlər
Press-mərkəz
Karyera
Əlaqə
Prezentasiya
Broşuralar



Layihələr
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu üçün “Fərdi Uçot Sisteminin” yaradılması və tətbiq edilməsi

Tərəfdaşlar 

KONSALTİNQ



İnformasiya sistemlərinin tətbiqi və layihələrinin idarə olunması

Tətbiq olunan informasiya sistemlərinin şirkətin tələblərini ödəməsinə nəzarət
Sistemin tətbiqi layihəsinin idarə olunması üzrə planın tərtib edilməsi:

  • Ayrı-ayrı altsistemlərin tətbiqi qrafiki;
  • Risklərin idarə edilməsi planı;
  • Dəyişikliklərin idarə olunması planı;
  • Qəbul zamanı testdən keçirmə metodikası;

Verilənlərin idarə edilməsi
İşin keyfiyyəti üzrə idarəolunma:

  • Tətbiq olunan informasiya sistemlərinin tələblərə uyğun olmasının yoxlanılması;
  • İstifadəçi və texniki sənədləşmənin keyfiyyətinə nəzarət;

Risklərin idarə edilməsi
İnformasiya sistemlərinin təminat və müşaiyətinə sərf olunan xərclərin azaldılması məqsədi daxil olmaqla, resursların idarə edilməsi.
 

İnformasiya sistemlərinin tətbiqi:

  • layihə öncəsi nəzərdən keçirmə;
  • müəssisənin cari biznes-proseslərinin standart proseslər üzrə uzlaşdırılması;
  • aparat platformasının seçilməsi və sistemin yüklənməsi;
  • sistemin köklənməsi;
  • müştərinin tələbatına uyğun olaraq sistemin əlavə işlənməsi;
  • layihələrin idarə edilməsi.

Audit və İT-həllərin işlənib hazırlanması:

  • İT-həllərin auditi, təkmilləşmə sahələrinin və inkişaf məqsədlərinin müəyyənləşdirilməsi;
  • müştərinin tələbatına uyğun olaraq sistemin əlavə işlənməsi;
  • yeni hesabatlarin tərtibatı;
  • yeni funksionallığın tətbiqi;
  • sistem məhsuldarlığının təhlili və köklənməsi;
  • sistemdəki kommersiya xarakterli informasiyadan istifadə hüquqlarının təhlili və tənzimlənməsi.

ORACLE-ın xüsusiləşdirilmiş vasitələrinə əsaslanaraq müəssisənin məhsuldarlığının optimallığının artırılması.

Sahələr üzrə İT-konsaltinq
Telekommunikasiya şirkətləri üçün İT-konsaltinq
Xidmətlərin natural göstəricilərinin toplanmasından başlayaraq göstərilən xidmətin haqqının qəbul edilməsi və mühasibat uçotu sistemində debitor borcları barədə məlumatların ötürülməsi prosesi də daxil olmaqla, abunəçilərə xidmət və hesablaşma biznes-prosesinin ekspertizası.
Yükün bölüşdürülməsi və dinamikasının təhlili (abunəçilərin sayının və fəallığının təhlili):

  • struktur bölmələr üzrə;
  • xidmət növləri üzrə.

Hesablamalar və abunəçilərə xidmət üçün nəzərdə tutulan avtomatlaşdırılmış sistemlərin ekspertizası.
Avtomatlaşdırılmış hesablama sistemlərinə qarşı tələblərin tərtib edilməsi.
Hesablama (billinq) və abunəçilərə xidmət sistemlərinin təşkili və inkişafı üzrə konsaltinq.
Maliyyə uçotu sistemlərinin tətbiqi konsaltinqi (avtomatik hesablama sistemləri ilə birləşmə, analitik uçotun təşkili).
IT-Konsaltinq və ticari bölüşdürülmüş şəbəkələr üçün hazırlamalar
Ticarət şirkətinin əsas biznes-proseslərinin reinjinirinqi və optimallaşdırılması:

  • təchizat silsiləsi,
  • satış,
  • logistika,
  • alış,
  • sənəd dövriyyəsi üzrə.

Təchizat silsiləsinin idarə edilməsi üzrə proqram təminatının tərtib edilməsi, hazır həllərin tətbiqi.
Ticarət çeşidlərinin idarə edilməsi sistemlərinin yaradılması. Promo-aksiyaların idarə edilməsi sistemlərinin həyata keçirilməsi.
Məhsulun çatdırılması/saxlanması üzrə logistika proseslərinin avtomatlaşdırılması.
Çatdırılma xidmətinin, call-mərkəzlərin avtomatlaşdırılması sistemlərinin yaradılması.
Ticarət şəbəkələrinin işçi heyətinin idarə edilməsi sistemlərinin yaradılması və təkmilləşdirilməsi.
Birləşmiş (ümumi) həllərin yaradılması.
Ticarət müəssisəsinin mövcud IT-sistemlərinin reinjinirinqi.
Ticarət sistemlərinə İnternet və İntranet həllərinin təchizatı.

Layihə konsaltinqi
Layihənin dizaynı
Layihə konsepsiyasının işlənib hazırlanması:

  • Avadanlıq əsasında infrastruktur həllərinin tətbiqi;
  • Müxtəlif təchizatçıların proqram məhsullarının və texnologiyalarının tətbiqi;
  • Şəbəkə infrastrukturların qurulması;
  • Sistemlərin informasiya mühafizəsinin təmin edilməsi;
  • Davamlı məlumat saxlama yerlərinin yaradılması.

İşçi konfiqurasiyasının yaradılması
Avadanlıq təchizatı qarşısında qoyulan kompleks spesifikasiyasının tərtibi.
Təchizatçılar və tədqiqatçılar tərəfindən gələn təkliflərin müzakirəsi.




    geri





© 2010 SINAM şirkəti
Bütün hüquqlar qorunur
Azərbaycan, Bakı, AZ1141, F,Ağayev küç.
Telefon: +99412 5101100(8 lines)
Faks: +99412 4392633