EN    AZ     RU     |             
   

Şirkət haqqında
Müştərilər
Tərəfdaşlar
Layihələr
Xidmətlər
Press-mərkəz
Karyera
Əlaqə
Prezentasiya
Broşuralar



Layihələr
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu üçün “Fərdi Uçot Sisteminin” yaradılması və tətbiq edilməsi

Tərəfdaşlar 

Layihələr



Fəaliyyəti müddətində SİNAM şirkəti dövlət sektoru sahəsində irimiqyaslı layihələri həyata keçirən sistem inteqratoruna çevrilmişdir. Peşəkar komandanın olması və dünyanın aparıcı İT-şirkətləri ilə tərəfdaşlıq SİNAM şirkətinə Azərbaycanda bir sıra layihələrin yüksək səviyyədə həyata keçirilməsi üçün imkanyaratmışdır. SİNAM şirkəti tərəfindən müxtəlif miqyaslı informasiya sistemlərinin tətbiqi istiqamətində işlər görülmüşdür. SİNAM fəaliyyətində əsas aspektlərdən biri müştərinin tapşırıqlarının həllinə kompleks yanaşmadır. Hər bir sifarişçiyə SİNAM-dan onun tələbatına daha optimal olan   həll təklifedilirvə həyata keçirilir. SİNAM şirkəti və onun müştəriləri arasında illər boyu əməkdaşlıq nəticəsində formalaşmış münasibətlərvardır. SİNAM şirkətinin kollektivi 100-dən artıq yüksək səviyyəli mütəxəssisi özündə birləşdirir. SİNAM komandası layihələrin həyata keçirilməsi üçün 16 illik praktik təcrübəyə malikdir. Bu, şirkətə mürəkkəb olan texniki həlləri həyata keçirməyə imkan verir. Layiəhələrin tətbiqi zamanı SİNAM şirkəti müştəriyə ən optimal həlli təklif edirvə layihə tam yerinə yetirilənədək bütün prosesləri öz üzərinə götürür. Həyata keçirilmiş işlər arasında SİNAM komandasının peşəkarlığını təsdiq edən aşağıdakı layihələr qeyd olunmalıdır.


Dövlət Gömrük Komitəsi üçün İnformasiya Sistemləri


Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi 1999-cü ildən etibarən başlamışdır. Bu istiqamət üzrə fəaliyyətlər SİNAM şirkəti tərəfindən həyata keçirilmişdir. SİNAM şirkəti layihə çərçivəsində ölkə ərazisində gömrük sistemi üçün məlumatların ötürülməsi üzrə infrastruktur və idarəetmə sistemində İKT-nin tətbiqi üzrə fəaliyyətlər həyata keçirilmişdir.


Məlumat ötürülməsi şəbəkəsinin qurulması
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və informasiyanın ötürülməsi şəbəkəsinin yaradılması layihəsinə əsasən 1999-cu ilin oktyabrından başlayaraq respublikanın gömrük sistemində informasiyanın ötürülməsi şəbəkəsinin təkmilləşdirilməsi və gömrük orqanlarının bu şəbəkə ilə əhatə olunmasıyla əlaqədar işlər aparılmışdır. Məlum olduğu kimi, informasiyanın gömrük orqanlarından Dövlət Gömrük Komitəsinə qədər ötürülməsi hələ 1995-ci ildən başlayaraq "dial-up" rejimində seçilmiş kəsilməz kanallarvasitəsilə həyata keçirilirdi. 1995-ci ildən 1999-cu ilə kimi istismarolunan bu şəbəkə sabit rabitəni təmin etmirdi və sərhəd postları ilə kabel rabitəsi olmadığı üçün sərhəd gömrük postlarını əhatə etmirdi. Həmçinin, qeyd etmək lazımdır ki, gömrük orqanları arasında informasiya mübadiləsi mümkün deyildi və bu mübadilə Dövlət Gömrük Komitəsinin serveri vasitəsilə həyata keçirilirdi. Layihənin yerinə yetirilməsinin iki ili ərzində Azərbaycan Respublikası gömrük sisteminin informasiyanın ötürülməsi şəbəkəsinin hissə-hissə yeniləşdirilməsi həyata keçirilmişdir. Müasir telekommunikasiya avadanlığını tətbiq etməklə, radiokanallardan istifadə olunmaqla və "frame relay" texnologiyasını tətbiq etməklə Dövlət Gömrük Komitəsi ilə Xaçmaz, Tovuz, Astara gömrük zonaları, Bakı Baş Gömrük Idarəsi, Gəncə, Yevlax, ƏliBayramlı, Biləsuvar və Xudafərin gömrük orqanları arasında informasiya mübadiləsinin "on-line" rejimi təmin olunmuşdur. "On-line" rejimi ilə Samur, Yalama, Böyük Kəsik, Sınıq Körpü, Masallı və Lənkəran kimi sərhədyanı və daxili postlar da əhatə olunmuşdur. Layihənin ikinci mərhələsində, Naxçıvan Muxtar Respublikası, Balakən, Sumqayıt və Binə gömrükxanaları ümumi verilənlər bazasına qoşulmuşdur.

SİNAM şirkəti tərəfindən işlənib hazırlanmış informasiya sistemlərinə aşağıdakılardaxildir:
ACTOK - gömrük qeydiyyatı və yük gömrük bəyannaməsinin gömrük rəsmiləş-dirilməsinə nəzarəti üzrə avtomatlaşdırılmış sistem;
İnformasiya kiosku - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi baza üzərində informasiya sistemi;
Anti-Smuggling - gömrük hüquq pozuntularının uçotu, nəzarəti və təhlili avtomatlaşdırılmış sistemi;
Müvəqqəti saxlama anbarı - daxil olan/çıxarılan malların və nəqliyyatın uçotu və nəzarəti, anbarda yerin uçotu və əmtəənin yerləşdirilməsi avtomatlaşdırılmış sistemi.


Sistemlər Oracle Server Enterprise Edition verilənləri server idarəetmə bazasında klient-severtexnologiyası əsasında yaradılmışdır. Sistemlərin müştəri hissəsi Windows əməliyyat sistemləri üzərində qurulmuşdur və Azərbaycan dilində rahat istifadəçi interfeysinə malikdir. UNICODE standartı əsasında hər hansı digər dili dəstəkləyə bilər.

ACTOK
ACTOK sistemində gömrük postlarında lokal verilənlər bazası yaradılır. Lokal verilənlər bazası sonra Dövlət Gömrük Komitəsinin vahid mərkəzi məlumat sisteminə ixrac edilir. ACTOK sisteminin proqram təminatı sənədləşmənin, nəzarətin və yük gömrük bəyannaməsinin qeydiyyatının avtomatlaşdırılmasını mümkün edən proqram modullarını özundə birləşdirir. Sistem müxtəlif səviyyələrdə prosesin bəyan edilməsi, yükün qeydiyyatının yüngülləşdirilməsi və nəzarətinin effektivliyinin artırılmasının şəffaflığını təmin etməyə yönəldilmişdir. Proqram təminatının müştəri hissəsi iki əsas baş moduldan, -"Broker" və "Gömrük orqanı"ndan ibarətdir.

"Broker modulu" gömrük qanunvericiliyinə və qaydalarına əsasən elektron sənəd yaradır. Proqrama daxil edilmiş qaydalardan əlavə istifadəçi.həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi bazası üzərində yaradılmış informasiya sisteminin onlayn rejimdə işləyən informasiya kioskundan istifadə edə bilər. Hal-hazırda istifadəçinin bəyannaməni veb-server vasitəsilə doldurulması variantının üzərində hazırlıq gedir. "Gömrük orqanı" modulu elektron sənədin çoxmərhələli yoxlamasını həyata keçirir. Hər istifadəçinin fəaliyyəti sənədin statusu, mərhələlərin növbələşməsi və istifadəçinin hüquqları ilə müəyyən edilir. Elektron sənədin ötürülməsi hər mərhələdə qəbul edilən qərardan asılıdır. Müfəttişlərin şərhləri və qərarları səhvlər protokoluna yazılır və bəyannamələrin düzəlişi zamanı brokerlərə çatdırılır.
Sistem gömrük bəyannamələrinin qeydiyyata alınmasının və yoxlanmasının şəffaflığını monitorinq vasitəsilə təmin edir. Sistem qeydiyyata alınan bəyannamənin hansı mərhələdə olduğuna nəzarət etməyə imkan verir.
Hüquqpozuntuların uçotu və nəzarəti avtomatlaşdırılmış sistemi

Hüquqpozuntuların uçotu və nəzarəti avtomatlaşdırılmış sistemi (Anti-Smuggling) regional gömrük orqanlarında və Dövlət Gömrük Komitəsinin Mərkəzi məlumat sistemində verilənlər bazası yerləşən informasiya sistemidir. Bu sistemin tətbiqi proqram təminatı gömrük pozuntularının qeydiyyatı, uçotu və təhlili üçün nəzərdətutulmuşdur. Tətbiqi proqram təminatının müştəri hissəsi məlumatın regional verilənlər bazasına daxil edilməsini, məlumatların statistik analizini, hüquq pozucularına qarşı görülmüş tədbirlərin uçotunu həyata keçirir. Məlumatın daxil edilməsi zamanıonungömrükorqanlarınınməlumat bazası iləuyğunluğuyoxlanılır. Narkotiklərin, qaçaqmalçılığın, valyutanın ölkəyə daxil olması üçün daha böyük riskli olan idxalçıların, ixracatçıların, ölkələrin, nəqliyyat növlərinin, malların qruplarını müəyyən edən informasiya təhlili sistem vasitəsilə həyata keçirilir. Təhlilin yekunu hesabat generatoru vasitəsilə formalaşdırılan parametrlər üzrə və ya standart formada təqdim oluna bilər. Hal-hazırda Risk Management sisteminin hazırlanması üzrə iş gedir.

Müvəqqəti saxlama anbarı
Gömrük terminalının uçotu və nəzarəti avtomatlaşdırılmış sistemi Oracle verilənləri idarəetmə serveri üzərində yaradılmış informasiya sistemidir.
Proqramın Dövlət Gömrük Komitəsi üçün işlənib hazırlanmasına baxmayaraq, müvəqqəti saxlama anbarları olan müxtəlif müəssisələrində avtomatlaşdırılmış uçotun aparılması üçün də istifadə oluna bilər. Sistem terminal ərazisinə daxil olan bütün nəqliyyat vasitələrinin uçotunu təmin edir. Mal olan nəqliyyat vasitələrinə müəyyən dayanacaq təklif edilir. Sistem özü dayanacaqların vəziyyəti, nəqliyyat vasitələrinin sayı haqqında məlumatı təhlil edir. Əgər malların nəqliyyatdan boşaldılması haqqında qərar qəbul edilirsə, sistem bu prosesin həyata keçirilməsi haqqında məlumatı təhlil edir. Yaradılmış sistemlərin ideologiyası bu həllərin digər təşkilatlar tərəfindən istifadə olunmasına imkan verir. Proqram təminatı həmin təşkilatların tələbatına uyğun adaptasiya edilə bilər.


Dövlət Sosial Müdafiə Fondu üçün Fərdi Uçot Sistemi

Fərdi uçot sistemi Azərbaycan Respublikasının DövlətSosial Müdafiə Fondunun tələbatı üçün işlənib hazırlanır. Fərdi uçot sisteminın yaradılması Azərbaycanda sosial sığorta sistemində islahatlarla əlaqədardır. İslahatlar aşağıdakı məqsədləri güdür:

  • məşğul əhalinin qeydiyyatının keçirilməsi;
  • bütün kateqoriyalar üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatının keçirilməsi;
  • iş stajının, güzəştlərin, müxtəlif ödəmələrin uçotu və nəzarəti;
  • hər bir sığortalanmış şəxsin iş fəaliyyətinə uyğun olaraq pensiyasının hesablanması;
  • sığortalanmış hər bir şəxsin tələbi ilə məlumatın təqdimatı.

Sosial sığorta islahatları ilə əlaqədar qarşıda duran vəzifələr verilənlər bazası üzrə xüsusi tələblər irəli sürür. Belə ki, verilənlər bazasında qeydiyyatdan keçmiş hər bir şəxs haqqında identifikasiya məlumatları saxlanmalıdır. Verilənlər bazasında, həmçinin, sığortalanmış şəxslərin aylıq sosial sığorta ödəmələri üzrə məlumatlar da yerləşdirilir. Məhz buna görə sistemdə ORACLE bazasında mürəkkəb arxivləşdirmə sisteminin yaradılması nəzərdə tutulmuşdu. SİNAM tərəfindən həyata keçirilən fəaliyyətlər sosial sığorta sistemində İKT-nin optimal tətbiqi üçün imkan yaratdı.


Daxil olan məlumatların effektiv işlənməsi üçün sistem daxilində üç səviyyə yaradılmışdır: rayon, region və mərkəz. Verilənlər bazası regional və mərkəzi səviyyələrdə yaradılır. Verilənlər bazasının mənbəyi standart formaların kağız variantının elektron surəti əsasında yaradılmış XML-fayllardır.


Bu XML-fayllar əsasında regional səviyyədə və bir neçə administrativ rayonu əhatə edən verilənlər bazası yaradılır. Yoxlamadan keçmiş və düzgünlüyündə şübhə doğurmayan XML-fayllar mərkəzi səviyyəyə ötürülür və daha biryoxlama prosedurundan sonra Mərkəzi verilənlər bazasınadaxiledilir. Rayon səviyyəsində verilənlər bazası həmin rayon çərçivəsində olan XML-fayllardan yaradılır. Rayon və mərkəz səviyyələri arasında məlumat mübadiləsi mümkün olan formatda həyata keçirilir. Bu ya onlayn, ya dial-up rejimində ya da elektron daşıyıcı vasitəsilə ola bilər.
Bütün səviyyələrdə məlumatın sinxronlaşdırılması Dövlət Sosial Müdafiə Fondunun müəyyən etdiyi qaydalara uyğun olaraq məlumatların sinxronlaşdırılmış paketlərinin vasitəsilə mümkün olacaqdır.


Milli e-İdarəçilik Şəbəkəsi Təşəbbüsü layihəsi

e-İdarəçilik Şəbəkəsi Təşəbbüsü" layihəsinin sənədi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT İP arasında imzalanmışdır. Məlumatların Ötürülməsi Şəbəkəsinin yaradılması üzrə tenderdə qalib gəlmiş SİNAM şirkəti həyata keçirir. Bu prosesdə Alcatel avadanlığının istifadə edilməsini qeyd etmək lazımdır.
Layihənin əsas məqsədləri sırasında ictimaiyyətin İKT-nin tətbiqinə fəal cəlb edilməsini, e-hökümətin qurulması prosesinin tezləşdirməsini və hökumət strukturlarında şəffaflığın təmin edilməsini göstərə bilərik.
lli e-İdarəçilik Şəbəkəsi Təşəbbüsü" layihəsi dövlət sektorunda səmərəliliyi, şəffaflığı və məsuliyyəti dəstəkləyəcəkdir. Bu öz növbəsində xidmətlərin göstərilməsi və hüquqların qorunmasına öz töhfəsini verəcəkdir.
Layihə4 əsas komponentdən ibarətdir:

  • Milli İnternet infrastrukturunun və e-Hökumət Şəbəkəsinin yaradılması;
  • Məlumatların ötürülməsi və dövlət kompüter sistemlərinin fəaliyyəti üzrə Vətəndaş Xidmətinin QaydalarToplusunun yaradılması və qəbul edilməsi;
  • Hökumətin bütün səviyyələrində Vətəndaş Xidmətinin QaydalarToplusuna müvafiq olaraq yayılmasını təmin etmək məqsədilə xüsusi təlimatçılar üçün müvafiq təlim məşğələlərinin keçirilməsi;
  • Yüksək səviyyəli hökumət informasiya portallarının yaradılması, həmçinin, Vətəndaş-Hökumət sisteminə daxil olmaq imkanını əldə etmək üçün ölkənin 6 regionunda informasiya köşklərinin quraşdırılması.

Hal-hazırda, "Milli e-ldarəçilik Şəbəkəsi Təşəbbüsü" layihəsi çərçivəsində internet İnfrastrukturu (AzDATACOM) qurulur. Razılığa görə, AzDATACOM şəbəkəsi "AlcaTel"in qabaqcıl avadanlığı əsasında qurulur. Bu avadanlıq Azərbaycanda sürətli məlumat ötürülməsi şəbəkəsinin yaradılmasını təmin edəcəkdir. Bakıda verilənlər mübadiləsinin sürəti 10 Gbps, regionlarda isə 1-10 Gbps olacaq. Şəbəkə e-hökumət, e-biznes, e-təhsil və e-təbabət sahələrində müasir alətlərin istifadəsi üçün geniş imkanlar yaradacaq. AzDATACOM şəbəkəsi Azərbaycanda "rəqəmsal uçurumun" aradan qaldırılması üçün real imkanlar təmin edəcək.


"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" analitik-informasiya sistemi (RİAİS)

RİAİS sistemi Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə SİNAM MMC arasında bağlanmış müqavilə əsasında işlənib hazırlanmışdır. RİAİS-in yaradılmasında əsas məqsəd müasir informasiya texnologiyalarından istifadə etməklə regionların sosial-iqtisadi inkişaf göstəricilərini əks etdirən vahid informasiya bazasının yaradılması, regionlardan daxil olmuş statistik məlumatların və digər mənbələrdən göndərilmiş sosial-iqtisadi inkişafa dair informasiyanın təhlilinin avtomatlaşdırılması, təhlilin nəticələrinin müxtəlif cədvəllər və diaqramlar vasitəsi ilə vizuallaşdırılması və alınmış nəticələrdən istifadə edərək çevik qərarlar qəbuletmə mexanizminin yaradılmasıdır. Respublikanın 76 şəhər və rayon icra hakimiyyətlərində xüsusi hazırlanmış formalar üzrə sosial-iqtisadi göstəricini əks etdirən məlumatların daxil edilməsi üçün MS Office 2003 paketinin İnfoPath 2003 proqramı əsasında proqram təminatı işlənib hazırlanmışdır. Bu proqram təminatının köməyi ilə məlumat formalarının format-məntiqi yoxlanması həyata keçirilir və sonra həmin formalar dial-up rejimində FTP serverə ötürülür. Şəhər və rayonlardan daxil olımuş məlumatların qəbul edilməsi üçün mərkəzdə ayrılmış FTP serverdə hər bir rayon və şəhər üçün ayrıca qovluqlar yaradılmış, xüsusi parollar vasitəsi ilə məlumatlarınmərkəzətəhlükəsizötürülməsitəminedilmişdir. Mərkəzi serverə məlumatların daxil edilməsi, axtarışı, redaktəsi və arxivləşdirilməsi üçün "Dispetçer" proqramı işlənib hazırlanmışdır. Bu proqramın köməyi ilə regionlardan göndərilən formalar süzgəcdən keçirilir, səhv formalar haqqında məlumatlar xüsusi loq faylda yerləşdirilir, düzgün formalar isə MS SQL Server 2005 VBIS əsasında yaradılmış məlumat bazasına yüklənir. Toplanmış məlumatlar əsasında statistik çıxış formaları işlənib hazırlanmışdır. MS Business Intelligence texnologiyasının tətbiqi ilə təhlil sistemi yaradılmışdır. Bu sistem bütün sosial-iqtisadi göstəricilər üzrə müxtəlif illərə və regionlara görə müqayisəli təhlil aparmağa və alınmış nəticəni cədvəl və müxtəlif diaqramlar şəklində vizuallaşdırmağa imkan verir. RİAİS sistemi daxilində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" məlumat bazası yaradılmış, aşağıdakı məsələləri əhatə edən xüsusi hesabat formaları işlənib hazırlanmışdır:

  • Dövlət Proqramının icra vəziyyəti,
  • Sosial-iqtisadi problemlər,
  • Ayrılmış vəsaitin xərclənmə vəziyyəti,
  • İcra Hakimiyyəti Başçısının qəbulları,
  • Salnamə,
  • və s.

Sistemə daxilolma hüquqlarının bölüşdürülməsi prinsipi əsasında "Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin" əməkdaşları üçün lokal VPN şəbəkə sistemi qurulmuşdur. Bu sistem hər bir əməkdaşa yalnız onun səlahiyyət həddində olan regionların statistik məlumatları ilə tanış olmaq imkanı yaradır. RİAİS sistemində yaradılmış Veb-səhifədə gündəlik hadisə və tədbirlərlə bağlı regionlardan daxil olan operativ məlumatlar öz əksini tapır. Veb-səhifənin köməyi ilə Respublikanın bütün rayon və şəhərlərindəki sosial-iqtisadi vəziyyət haqqında dolğun məlumat əldə etmək mümkündür. Veb-səhifədə hər hansı rayon və ya şəhəri seçməklə müxtəlif statistikformaları nəzərdən keçirmək, xüsusi hesabatlar əldə etmək, müxtəlif göstəricilər üzrə təhlillər aparmaq olar. RİAİS sisteminin işlənib hazırlanması "Elektron hökuməfin yaradılması istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilə bilər.

Microsoft proqram məhsullarının tərcüməsi layihəsi

2006-cı ilin iyulunda SİNAM şirkəti Microsoft korporasiyası ilə saziş (Glossary and Language interface pack master development services agreement) bağlamışdır. Sazişə əsasən, SİNAM şirkəti Windows-un Vista versiyasının və yeni Microsoft Office paketinin Azərbaycan dilində lokallaşdırılması üzrə iş aparır.

Saziş çərçivəsində Microsoft proqram məhsullarında istifadə olunan əmrlərin və sözlərin Azərbaycan dili lüğəti (Qlossary), interfeyslərin Azərbaycan dilində lokallaşdırılması (Language interface pack), lokallaşdırılmış Microsoft məhsullar paketində işlədilməsi məqsədəuyğun olmayan sözlərin siyahısı (Azeri Policheck) və s. işlərin görülməsi istiqamətində iş gedir. Layihənin uğuru üçün SİNAM şirkəti Azərbaycan dili və İKT üzrə aparıcı mütəxəssisləri, o cümlədən İKT-nin inkişafına məsul olan dövlət qurumlarına cəlb etmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan üçün lokallaşdırılmış Microsoft proqram məhsullarının Azərbaycanın orta məktəblərində kompüterlərdə təmənnasız quraşdırılması haqqında razılıq da əldə olunmuşdur.
BMT İP-nin «Kompüter texnologiyalarının inkişaf etdirilməsi və Təhsil Mərkəzinin yaradılması» layihəsi üzrə Bakı və Sumqayıt şəhərlərində elm və təhsil mərkəzləri üçün şəbəkə avadanlığının təchizatı həyata keçirilmiş və şəbəkənin quraşdırılması işləri yerinə yetirilmişdir. Bu layihə çərçivəsində yüksək sürətli radio-körpünün köməyi ilə uzaqda yerləşən LHŞ-lər birləşdirilmişdir. Uzaqda yerləşən şəbəkələrin birləşdirilməsi üçün avadanlıq kimi CISCO marşrutlayıcıları, Lucent Technologies radio-körpüləri və başqa avadanlıqdan istifadə olunmuşdur. Bu layihənin yerinə yetirilməsi nəticəsində Internetə qoşulmaqlaTCP/IPŞəbəkəsiyaradılmışdır.

Dövlət Neft Fondu

SİNAM şirkəti Azərbaycan Respublikasının Neft Fondunda PABX-in quraşdırılması və onun təminatı üzrə tenderin qalibi olmuşdur. Avaya Definity PABX-in quraşdırılması və onun təhlükəsizlik məqsədi ilə səsin qeydiyyatı sistemi ilə inteqrasiyası da bizim şirkət tərəfindən müvəffəqiyyətlə həyata keçirilmişdir. Bundan əlavə, Dövlət Neft Fondu üçün ikitərəfli yerüstü peyk stansiyası işə salınmışdır və Loral Skynet TelStar12 şirkətinin istehsalı olan peykdən istifadə etməklə, Şimali Amerika ilə bir intervallı peyk rabitəsi uğurla quraşdırılmışdır.


Verilənlərin ötürülməsi şəbəkəsi

Azərbaycan  Respublikası   Rabitə  Nazirliyi ilə  birgə fəaliyyət çərçivəsində beynəlxalq verilənlərin ötürülmə şəbəkələrinə giriş imkanları olan IP, Frame Relay, ATM texnologiyaları əsasında verilənlərin ötürülməsi şəbəkələrinin yaradılması və istismarı üzrə, həmçinin, yuxarıda göstərilən şəbəkə əsasında birbaşa və telematik xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində korporativ və fərdi istifadə üçün simsiz rabitə xidmətlərinin göstərilməsi üzrə işlər aparılır.
Azərbaycan Respublikasının Prezident Aparatında və 12 nazirlikdə «Büdcə sektorunda iqtisadi strategiyanm və əməyin ödənilməsinin tətbiqi» TACİS layihəsi çərçivəsində «Azərbaycanda dövlət qulluqçuların idarə olunmasına dair informasiya bazasının» təchizatı həyata keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

Kompüter və şəbəkə avadanlığının təchizatı və lokal hesablama
şəbəkəsinin yaradılması.


Qərb Universiteti, Iqtisad Universiteti

Kompüterləhn təchizatı və proqram təminatınm müasir vasitələrinin təlimi üzrə Avropa İttifaqının «Azərbaycanda menecment təliminin imkanlarınm gücləndirilməsi» adlı TACIS layihəsi

Avropa Patent Ofisi

Azərbaycanda Avropa Patent Ofisinin regional bölməsi üçün avadanlığm təchizatı


Telekommunikasiya Tədris Mərkəzi

Bakı şəhərində Telekommunikasiya Tədris Mərkəzinin yaradılması, analoq rabitədən rəqəm rabitəsinə keçmək üçün ətraflı birləşmiş planın tərtib olunması.


Narkomaniya və narkobizneslə mübarizə idarəsi

Respublikada narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsinə çoxsektorlu yardım layihəsinin yerinə yetirilməsi üzrə Azərbaycan Respublikası Dövlət Komissiyası Katibliyinin Işçi Qrupunun kompüterlərlə təchizatı.


Bakı Elm-Tədris Mərkəzi, Sumqayıt Kompüter Mərkəzi

Bakı və Sumqayıt şəhərlərindəki elm-tədris mərkəzləri üçün avadanlığın təchizatı və şəbəkənin quraşdınlması həyata keçirilir. Bu layihə çərçivəsində kənarda yerləşən 3 lokal şəbəkə yüksəksürətli radio-körpü vasitəsilə birləşdirilir. CISCO marşrutlayıcıları, Lucent Technologies radio-körpüsü və başqa avadanlıqdan istifadə olunur.


Dünya Ərzaq Proqramı

Kompüter və ofis texnikasının təchizatı.


Azərbaycan Respublikası Təhsil Naziriiyi

Təhsil Nazirliyinin Mərkəzi ofisində və həmçinin, 16 rayon şöbəsində "Əmək Ehtiyatlarının Idarə Olunması"proqram təminatının quraşdırılması.


Azərbaycan Regional Su Şirkəti

Lokal hesablama şəbəkəsinin yaradılması və quraşdırılması.

FermerTəsərrüfatlarının özəlləşdirilməsi layihəsi

Dünya Bankının maliyyə köməyi çərçivəsində kompüter və ofis texnikasının təchizatı üçün iki tender.


Azərbaycan Respublikası DövlətStatistika Komitəsi

Kompütervə şəbəkə avadanlığının təchizatı.

Dövlət Əmlak Komitəsi

ICL ingilis şirkəti ilə birgə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə kompüter avadanlığınm təchizatını həyata keçirir. ICL şirkətinin göstərişi ilə göndərilən avadanlıq instalyasiya olunurvə texniki xidmət göstəhlir.


Azərbaycan Milli PasportSistemi

Azərbaycanda Milli Pasport Sisteminin tətbiqinə məsul olan Canadian Bank Note Kanada şirkətinin yerli şirkəti kimi SİNAM tərəfindən bu layihə çərçivəsində telekommunikasiya şəbəkəsi quraşdırılmışdır.


Milli Bankın layihələri

Kompüter və ofis avadanlıqlannın təchizatı, arxiv sənədlərinin elektron daşıyıcılarına köçürülməsi üzrə tətbiqi proqramlarının işlənib hazırlanması. SİNAM şirkəti Böyük Britaniyanın LogicaCMG Company şirkətinin Daxili Ödənişlər Sisteminin (AZIPS) təchizatı və quraşdırılması üzrə yerli tərəfdaşı hesab olunur və yerli tərəfdaş kimi AZIPS sisteminin texniki dəstəyini həyata keçirir.

 




    geri





© 2010 SINAM şirkəti
Bütün hüquqlar qorunur
Azərbaycan, Bakı, AZ1141, F,Ağayev küç.
Telefon: +99412 5101100(8 lines)
Faks: +99412 4392633